...

AMB və "Visa" arasında gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 9 Sentyabr 2025 15:07 (UTC +04:00)
AMB və "Visa" arasında gələcək əməkdaşlıq imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" arasında gələcək əməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov "Visa" şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə regional prezidenti Tariq Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı son illərdə ölkənin maliyyə sektorunda həyata keçirilən genişmiqyaslı fəaliyyət, rəqabətqabiliyyətli və innovativ ödəniş infrastrukturunun formalaşdırılması, nağdsız ödənişlərin təşviqi, eləcə də rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübənin və müasir yanaşmalarının öyrənilməsi və tətbiqi baxımından Visa kimi təcrübəli şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb.

Görüşdə həmçinin Mərkəzi Bank və "Visa" arasında gələcək əməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti