...

AMB sığorta agentini cərimələyib

İqtisadiyyat Materials 9 Sentyabr 2025 14:49 (UTC +04:00)
AMB sığorta agentini cərimələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlunun inzibati məsuliyyətə cəlb edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs sığorta agenti Həmidov İntizam Emin oğlu tərəfindən sığorta qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti