...

Azərbaycan və Çin nəqliyyat və logistikanın inkişafını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 9 Sentyabr 2025 10:53 (UTC +04:00)
Azərbaycan və Çin nəqliyyat və logistikanın inkişafını müzakirə edib (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz “X” səhifəsində bildirib.

“Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq.”,-deyə nazir yazıb.

Nazirin bildirdiyinə görə, eyni zamanda Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsi ətrafında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti