Bakı. Trend:
Azərbaycan Orta Dəhliz vasitəsilə bərpaolunan enerji keçidinə töhfə verərək inteqrasiyanı gücləndirəcək
Trend xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, Orta Dəhliz konsepsiyası Mərkəzi Asiya ölkələrinin həm ənənəvi, həm də bərpaolunan enerji potensialını gücləndirəcək:
"Orta Dəhliz konsepsiyası, bərpaolunan enerjinin daşınması üçün mühüm bir potensial mənbəyidir. Bu konsepsiya, Şərqi Asiya, Mərkəzi Asiya və Avropa arasında yeni logistika xətləri yaratmaqla, bölgənin iqtisadiyyatını inkişaf etdirməyi hədəfləyir, həmçinin bərpaolunan enerjinin idxalı və ixracı üçün imkanlar yaradır".
Ş.Hacıyev onu da qeyd edib ki, ümumilikdə, Orta Dəhliz konsepsiyası bərpaolunan enerji sahəsində logistika və daşınma imkanlarını genişləndirməklə yanaşı, enerji bazarında yeni imkanlar da yaradır.