...

Rusiya ilə gələcək müzakirələri öncədən dəyərləndirmək çətindir - Fərid Şəfiyev

Siyasət Materials 9 Sentyabr 2025 10:30 (UTC +04:00)
Rusiya ilə gələcək müzakirələri öncədən dəyərləndirmək çətindir - Fərid Şəfiyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ilə gələcək müzakirələri öncədən dəyərləndirmək çətindir.

Trend xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaranan bu gərginliyin səbəbi Azərbaycan deyil.

"Hamımız yaxşı bilirik ki, bu problem dekabr ayında başlayıb – bizim mülki təyyarəmiz Rusiya hava müdafiə qüvvələri tərəfindən vurulub. Əsas səbəb budur. Bundan sonra bəzi digər hadisələr də baş verib.

Məsələn, ilk əvvəl baş verən insidentlər, daha sonra isə fevral ayında Azərbaycana qarşı kütləvi kiber hücumlar oldu. Ukraynada SOCAR-ın neft bazalarının vurulması və s. göstərir ki, qarşı tərəf hələ ki, gərginliyin azaldılmasını düşünmür", - deyə F.Şəfiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti