...

Çin Azərbaycanla birgə sənaye və logistika parkının yaradılmasında maraqlıdır

İqtisadiyyat Materials 9 Sentyabr 2025 12:07 (UTC +04:00)
Çin Azərbaycanla birgə sənaye və logistika parkının yaradılmasında maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Azərbaycanla müntəzəm qatarların istismarı, eləcə də sənaye və logistika parkının yaradılması üzrə qarşılıqlı əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu Çinin Çjetszyan Əyalət Xalq Hökumətinin vitse-qubernatoru və Partiya Qrupunun üzvü Ke Jixin Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimində deyib.

O, iki ölkə arasında daha sıx əməkdaşlıq vizyonunu formalaşdırmağa hazır olduqlarını vurğulayıb.

"Biz müntəzəm qatarların istismarı, sənaye və logistika parkının yaradılması və standartların qarşılıqlı tanınması kimi sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün Azərbaycanın dövlət idarələri, müəssisələri və ticarət palataları ilə müntəzəm əlaqə mexanizmini yaratmağa hazırıq.

Biz, həmçinin, rəqəmsal iqtisadiyyat, yaşıl və aşağı karbonlu inkişaf, turizm və mədəniyyət sahələrində hərtərəfli əməkdaşlığı genişləndirəcəyik ki, inkişaf üçün böyük dostluq təməlləri daha da dərinləşsin", - deyə vitse-qubernator qeyd edib.

Xəbər lenti

Xəbər lenti