...

İsrail ordusu Latakiyanın şimalında Suriya hərbi kazarmalarına zərbələr endirib

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 02:55 (UTC +04:00)
İsrail ordusu Latakiyanın şimalında Suriya hərbi kazarmalarına zərbələr endirib

Bakı. Trend:

Sentyabrın 8-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın Latakiya liman şəhərinin şimalında yerləşən hərbi obyektlərə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə "Al Ikhbariya" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, zərbələrdən biri Suriya ordusunun Skubeyn kəndindəki kazarma binasına dəyib. Şahidlər ərazidə Latakiyada eşidilən bir neçə güclü partlayışın olduğunu bildiriblər.

Hava hücumu həmçinin Suriya səhrasındakı Palmira yaxınlığındakı təlim düşərgəsinə və silah-sursat anbarlarına endirilib. Hücum yerindən qara tüstü sütunları səmaya qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti