Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 611 yanğına çıxış təmin edilib.
FHN-dən Trend-ə verilən məlumata əsasən, 37 halda köməksiz vəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib