Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də şimal-şərq küləyi əsəcək.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +25 dərəcədən +26 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +25 dərəcədən +26 dərəcəyədək isti olacaq.