Bakı. Trend:
İsrail ordusunun planlaşdırdığı hərbi əməliyyat fonunda 100 minə yaxın mülki şəxs Qəzza şəhərini tərk edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
"100 minə yaxın insan Qəzzanı tərk edib. HƏMAS onların getməsinin qarşısını almaq üçün əlindən gələni edir, onları orada “canlı qalxanlar” kimi saxlayır", - deyə o bildirib.
Onun sözlərinə görə, "hücumları terrorçulara yönəltmək və mülki əhaliyə çıxmaq imkanı vermək istəyirik".