...

Fransada ifrat sağçıların reytinqi yüksəlməkdə davam edir

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 05:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada bazar günü keçirilən rəy sorğusu ifrat sağ qüvvələrin reytinqinin artdığını göstərib.

Trend xəbər verir ki, sorğunu “Toluna Harris Interactive” təşkilatı aparıb.

Nəticələrə əsasən, növbədənkənar parlament seçkiləri keçirilsə, Milli Cəbhə Partiyası və onun tərəfdaşları yerlərin ən azı 33 faizini qazana bilər. Digər siyasi partiyaların göstəriciləri isə 10–19 faiz arasında dəyişir.

Qeyd edək ki, avqustun sonunda keçirilən sorğu da Milli Cəbhənin parlamentdə 32–33 faiz səs qazana biləcəyini ortaya qoymuşdu.

Xəbər lenti

Xəbər lenti