...

Pol Kreyq UFC-də karyerasını başa vurub

İdman Materials 7 Sentyabr 2025 07:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şotlandiyalı qarışıq döyüş ustası Pol Kreyq "UFC Fight Night 258" tədbirində Modestas Bukauskasla qarşılaşdıqdan sonra karyerasını bitirmək qərarına gəlib.

Trend xəbər verir ki, yüngül ağır çəkidə döyüş birinci raundun sonunda texniki nokautla Kreyqin məğlubiyyəti ilə nəticələnib.

Rəqibi Bukauskas döyüş ərzində fəal olub, Kreyqi tora sıxışdırıb və parterdə üstün mövqeni tutub. Raundun son saniyəsində litvalı döyüşçü dirsəklə zərbə endirib, bunun ardından hakim döyüşü dayandırıb.

Pol Kreyq UFC-də 2016-cı ildən çıxış edirdi. Karyerası ərzində təşkilatda 18 döyüş keçirib və onların 9-da Maqomed Ankalaev, Maurisio "Şoqun" Rua və Camahal Hill üzərində qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti