...

Sabah maqnit qasırğası olacaq

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 09:49 (UTC +04:00)
Sabah maqnit qasırğası olacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Yerdə zəif maqnit qasırğası olacaq.

Trend xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava xidmətinin aparıcı mütəxəsisi Mixail Leus öz "Telegram" kanalında yazıb.

“Cümə axşamı, sentyabrın 4-də, Moskva vaxtı ilə təxminən 22:15-də (Bakı vaxtı ilə 23:15) günəş diskinin mərkəzi yaxınlığında protuberans tullantısı baş verib, bunun nəticəsində bazar günü, sentyabrın 7-də Yerin geomaqnit sahəsinə təsir edə biləcək çox zəif koronal kütlə buraxılışı olub”, - deyə alim yazıb.

Sinoptikin sözlərinə görə, bu tullantı “planetə təsir etmək üçün əlverişli mövqedə yerləşən koronal dəlikdən çıxacaq sürətli günəş küləyi axını ilə üst-üstə düşə bilər”.

Bildirilir ki, bunun nəticəsində həftəsonu geomaqnit sahəsində pozuntular gözlənilir və bu, bəzən G1 sinfinə aid zəif maqnit qasırğaları səviyyəsinə çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti