...

Evdən 16000 manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 5 Sentyabr 2025 14:55 (UTC +04:00)
Evdən 16000 manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.

Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti