...

İsrail ordusu Qəzzanın çoxmərtəbəli binalarını vurur (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 15:41 (UTC +04:00)
İsrail ordusu Qəzzanın çoxmərtəbəli binalarını vurur (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri artıq Qəzzada çoxmərtəbəli binalara zərbələr endirməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl irimiqyaslı hücumun bir neçə gün ərzində başlanacağı bildirilirdi.

xxx

15:04

İsrailli ordusu yaxın zamanda Qəzza şəhərindəki çoxmərtəbəli binalara sistematik zərbələr endirəcək.

Trend xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti elan edib.

“Yaxın günlərdə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində terrorçuluq infrastrukturuna - kameralara, komanda-müşahidə məntəqələrinə, snayper və tank əleyhinə atəş mövqelərinə, nəzarət və komanda komplekslərinə çevrilmiş binalara hücumlara başlayacaq”, - deyə bəyanatda qeyd olunur.

Mətbuat xidməti qeyd edir ki, irimiqyaslı hücum əməliyyatı ərəfəsində Qəzzada HƏMAS hərəkatının hərbi qanadına aid birləşmələrin fəaliyyəti ilə bağlı geniş miqyasda məlumatlar toplanıb.

Nəticədə, Qəzza şəhərinin müxtəlif infrastruktur obyektlərində ələlxüsus çoxmərtəbəli binalarda HƏMAS-ın yüksək aktivliyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti