Bakı. Trend:
Venesuelaya məxsus iki hərbi təyyarə beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin yaxınlığında uçub.
Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün Venesuela rejiminə aid iki hərbi təyyarə beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında uçub. Bu son dərəcə təxribat xarakterli hərəkət bizim narkotiklərlə mübarizə əməliyyatlarımızı pozmaq məqsədi daşıyırdı", – departamentin açıqlamasında bildirilib.
Qeyd edək ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Tramp beynəlxalq sularda keçirilən əməliyyat zamanı Venesuela narkotik karteli “Tren de Araqua”nın 11 üzvünün məhv edildiyini açıqlamışdı.