...

Azad edilmiş ərazilərdə istehsal olunan məhsullar beynəlxalq sərgidə (FOTO)

İqtisadiyyat Materials 5 Sentyabr 2025 15:03 (UTC +04:00)
Azad edilmiş ərazilərdə istehsal olunan məhsullar beynəlxalq sərgidə (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer Sərgisi – “KazBuild 2025” sərgisində iştirak edir.

Trend xəbər verir ki, iştirakçılar tərəfindən maraqla qarşılanan sərgidə şirkətin istehsal etdiyi premium işçi ayaqqabılarının yeni modellərinə dair nümunələr nümayiş etdirilir.

“KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biridir. Bu il sərgidə 23 ölkədən 401 iştirakçı, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Rusiya, İran kimi ölkələrin aparıcı istehsalçıları yer alır. Sərgi sentyabrın 5-də başa çatacaq.

Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti