Bakı. Trend:
Böyük Britaniya “Nightfall” taktiki ballistik raketlərinin hazırlanmasının tam başa çatdırılmasından sonra onları Ukraynaya ötürə bilər.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili UNIAN-a açıqlamasında bildirib.
“Üç ildən çoxdur ki, biz Ukraynanı dəstəkləyən və ona lazım olan yardımı göstərən ilk ölkələrdən biri olmuşuq. Biz hər zaman Ukraynanın ən çox ehtiyac hiss etdiyi məsələlərə reaksiya verməyə çalışırıq. Amma bunu edərkən təqdim etdiyimiz texnologiyaların detalları açıqlanmır”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Böyük Britaniyanın müdafiə naziri Con Hili rəsmi səfərlə Ukraynaya səfər edib.