...

Moskvanın mərkəzində iki yanğın olub

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 17:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvanın mərkəzində eyni vaxtda iki yanğın olub.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Məlumata görə, Moskva-Sitinin “Afimoll” ticarət mərkəzi qarşısında tikinti meydançası yanıb. Digər yanğın isə “Kiyev” metrostansiyasının yaxınlığında baş verib: ümumi sahəsi 45 kvadratmetr olan iki gül pavilyonu yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hər iki yanğın ocağını lokallaşdırıb. Zərərçəkənlərin olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti