...

Azərbaycanlı hakim Niderland millisinin oyununa təyinat alıb

İdman Materials 5 Sentyabr 2025 13:05 (UTC +04:00)
Azərbaycanlı hakim Niderland millisinin oyununa təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti