Bakı. Trend:
Qazaxıstan hökuməti ölkənin baş nazir müavini – xarici işlər naziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan şayiələrin həqiqətə uyğun olmadığını bəyan edib.
Trend-in xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlama verib.
“Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılması ilə bağlı xəbər feykdir. Dezinformasiya tullantılarına etibar etməməyiniz rica olunur”, - deyə diplomat bildirib.
Bundan əvvəl Qazaxıstan KİV-də ölkənin XİN rəhbəri Murat Nurtleu, biznesmen Hacı Hacıyev və xüsusi xidmət orqanlarının bir neçə yüksək vəzifəli əməkdaşlarının saxlanılması ilə bağlı xəbər yayılmışdı. Sonradan mədəniyyət və informasiya naziri Aida Balayeva və Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi rəsmən bu məlumatları təkzib etmişdi.