Bakı. Trend:
ABŞ Karib dənizinin cənub bölgəsində narkokartellərlə mübarizə məqsədilə Puerto-Rikoya on ədəd F-35 qırıcısı göndərəcək.
Trend xəbər verir ki, bu haqda “Reuters” öz mənbələrinə istinadən yazır.
Mənbələrin bildirdiyinə görə, qırıcılar artıq gələn həftə təyinat nöqtəsinə yollanacaqlar. O da qeyd olunur ki, artıq Amerikanın yeddi döyüş gəmisi və bir sürətli atom sualtı qayığı sözügedən bölgədədir. Ümumi şəxsi heyəti 4,500 nəfərdən çoxdur.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında amerikalı hərbçilərin beynəlxalq sularda Venesuelanın “Tren de Aragua” narkokartelinin 11 üzvünü zərərsizləşdirdiyini bəyan etmişdi.