Bakı. Trend:
İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalettinin karyerasını “Fənərbaxça”da davam etdirmək ehtimalı var.
Trend xəbər verir ki, bu barədə SportMediaset məlumat yayıb.
Baş məşqçi postu üçün digər namizədlər “Milan”ın keçmiş çalışdırıcısı Serxio Konseysao və “Tottenhem Hotspur”un sabiq baş məşqçisi Anjelos Postekoqloudur.
Qeyd olunur ki, “Fənərbaxça”da yaxın vaxtlarda keçiriləcək prezident seçkilərinin nəticələri yeni baş məşqçinin kim olacağını müəyyənləşdirəcək. Klub rəhbəri postuna namizədlərdən biri Sadettin Saran Konseysaonun variantını dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo olub. Hazırda İstanbul təmsilçisi Türkiyə çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.