...

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Gündəm Materials 4 Sentyabr 2025 08:56 (UTC +04:00)
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Saipa Tiba” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti