...

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının ilkin seçmə imtahanı keçiriləcək

Cəmiyyət Materials 4 Sentyabr 2025 11:36 (UTC +04:00)
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının ilkin seçmə imtahanı keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

9 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə ilkin seçmə imtahanı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, seçmə imtahana 2024/2025-ci tədris ilində təşkil olunmuş Respublika Fənn Olimpiadalarında fizika, kimya və biologiya fənləri üzrə qalib olan, doğum tarixi 2010 və 2011-ci il olan şagirdlər dəvət olunublar.

İmtahan beynəlxalq olimpiada proqramına uyğun olaraq fizika, kimya və biologiya fənləri üzrə tapşırıqları əhatə edəcək.

Seçmə imtahanı 9 sentyabr 2025-ci il tarixində saat 11:00-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski küçəsi 109) baş tutacaq. Şagirdlər imtahan başlamazdan əvvəl saat 10:30-da mərkəzdə olmalıdırlar. İmtahana buraxılış yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması əsasında həyata keçiriləcək.

Seçmə imtahanında iştirak edəcək şagirdlərin adları ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Siyahı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti