...

Hindistanda daşqın və torpaq sürüşmələrindən ölənlərin sayı 500 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 14:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şimalında aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrindən ölənlərin sayı 500 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ən çox itki Himaçal-Pradeş ştatında qeydə alınıb. Belə ki, son iki ay ərzində sözügedən bölgədə torpaq sürüşməsi və sellər 341 nəfərin həyatına son qoyub. Sentyabr ayından etibarən isə səkkiz nəfər daşqın qurbanı olub.

Fəlakət fəsadlarının ağır olduğu növbəti bölgə isə Pəncab ştatıdır. Ştat ərazisində 255-dən çox kənd və qəsəbə su altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti