...

Naxçıvanda ümumtəhsil müəssisələrində 154 yeni STEAM otağı istifadəyə verilib

Cəmiyyət Materials 4 Sentyabr 2025 12:35 (UTC +04:00)
Naxçıvanda ümumtəhsil müəssisələrində 154 yeni STEAM otağı istifadəyə verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramına uyğun olaraq ümumtəhsil müəssisələrində 154 yeni STEAM otağı istifadəyə verilib.

Bu barədə Trend-ə Naxçıvan MR Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

"Dövlət Proqramı çərçivəsində ümumtəhsil müəssisələrində yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün işlər başa çatdırılıb.

2024-cü ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 236 yerlik STEAM Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb, burada CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, robototexnika, proqramlaşdırma və digər müasir sahələr üzrə dərnəklərə 200-dən çox şagird cəlb olunub.

Peşə təhsilində islahatlar nəticəsində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, 2024–2025-ci tədris ili üzrə 462 nəfər peşə təhsilinə qəbul olunub", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti