...

Ötən ay 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 4 Sentyabr 2025 14:16 (UTC +04:00)
Ötən ay 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildiilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşımışdır.

Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti