Bakı. Trend:
Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzində bu gündən etibarən vətəndaşlara xidmət tam bərpa edilib.
Trend xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.
"Xatırladaq ki, bir neçə gün öncə mərkəzin inzibati binasında
baş vermiş yanğın səbəbindən fəaliyyət müvəqqəti olaraq
dayandırılmışdı. Hadisədən sonra aparılan zəruri təmir-bərpa işləri
artıq başa çatdırılıb və mərkəz yenidən normal iş rejimində
fəaliyyətini davam etdirir.
Vətəndaşlar sosial xidmətlərdən yararlanmaq üçün Abşeron DOST
Mərkəzinə əvvəlki qaydada müraciət edə bilərlər",- deyə məlumatda
qeyd edilib.