...

HƏMAS hərtərəfli razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırdır

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 02:55 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsraillə Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində aklavda saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə hərakatın bəyanatında bildirilib.

"HƏMAS təsdiqləyir ki, razılaşdırılmış sayda fələstinli məhbuslar müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşma ilə irəliləməyə hazırdır. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidi", - deyə qeyd olunub.

HƏMAS vurğulayıb ki, onlar Qəzzada "təxnokratlardan ibarət müstəqil hökumət"in yaradılmasına razıdırlar ki, bu hökumət "yaradıldıqdan dərhal sonra" səlahiyyətlərini öz üzərinə götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti