Bakı. Trend:
Çexiyada hepatit A virusu artıq 32 nəfərin həyatına son qoyub və indiyədək 3000-dən çox yoluxma halı qeydə alınıb. Lakin epidemiya hələ pik həddinə çatmayıb.
Trend xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, yoluxma yaz aylarında evsizlər və asılılıqları olan insanlar arasında başlayıb, lakin daha sonra bütün sosial qruplara yayılıb. Hazırda xəstəlik Milad bazarlarında da müşahidə olunur. Almaniya sərhədinə yaxın Boji Dar şəhərində yerli hakimiyyət üç həftə əvvəl xüsusi gigiyena xəbərdarlığı yayıb.
Praqa yarmarkalarında satıcılar əlcək taxır və köşklərini müntəzəm dezinfeksiya edirlər. Buna baxmayaraq, risk tam aradan qalxmır, çünki ziyarətçilərin əksəriyyəti dezinfeksiyaedici vasitələrdən istifadə etmir.
Çexiya Tibb Palatasının prezidenti Milan Kubek bildirib ki, hazırkı hepatit A dalğası 1979-cu ildən bəri ölkədə qeydə alınan ən böyük epidemiya hesab olunur.
