Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə İtaliyaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə "IL Messaggero" yazıb.
Məlumata görə, səfər qərarı Zelenski ilə İtaliyanın baş naziri Corciya Meloni arasında baş tutan telefon danışığından sonra qəbul edilib.
Söhbət zamanı Zelenski İtaliyanın yaxın günlərdə Ukraynanın enerji sektoruna dəstək məqsədilə göndərəcəyini bildirdiyi avadanlıqlara görə Meloniyaya təşəkkür edib.
