Bakı. Trend:
Yaponiya Silahlı Qüvvələrinin vaxtaşırı Çinin təhlükəsizliyinə təhdid yaradan hərəkətlər həyata keçirir.
Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Tokio Pekinə qarşı məsuliyyətsiz ittihamlar irəli sürərək faktları təhrif etməyə çalışır.
Xüsusilə, tez-tez kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi əməliyyat apardığı ərazilərə yaxınlaşan Yaponiya qırıcılarının müdaxiləsi dəniz və hava təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Bəyanatda vurğulanıb: "Yaponiya, beynəlxalq ictimaiyyəti çaşdıran və gərginliyi artıran, yapon qırıcılarının iştirakı ilə baş vermiş son radar hadisəsinə görə məsuliyyəti qəsdən Pekinin üzərinə atır. Bütün bunlar gizli niyyətlərdən qaynaqlanır. Çin öz kəskin etirazını bildirir. Biz Yaponiyadan planlaşdırılmış təlimlərə mane olan təhlükəli hərəkətləri dərhal dayandırmağı və yalan təbliğat və siyasi manipulyasiyadan əl çəkməyi tələb edirik."
Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, Pekin Tokionun etirazlarını qəbul etmir və Yaponiya tərəfinə əks arqumentlər göndərib.
