Bakı. Trend:
Alyaskada 5,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Yakutat şəhərindən 90 km şimalda olub. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd olunur ki, dekabrın 7-də eyni ərazidə 7 bal gücündə daha güclü zəlzələ qeydə alınmışdı.
