...

İlon Maskın SpaceX şirkəti “Starlink Mobile” markasını qeydiyyata aldırır

Dünya xəbərləri Materials 8 Dekabr 2025 06:46 (UTC +04:00)
İlon Maskın SpaceX şirkəti “Starlink Mobile” markasını qeydiyyata aldırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar İlon Maskın “SpaceX” kosmik şirkəti mobil rabitə bazarına daxil olmaq üçün “Starlink Mobile” ticarət markasının qeydiyyatı üçün müraciət edib.

Trend “PhoneArena”ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçün istifadə olunan “AWS-3” spektrini “EchoStar” operatorundan almaq məqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.

“Starlink” ənənəvi rabitə üsullarından, o cümlədən mobil infrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitə qüllələrindən istifadə edərək xidmət göstərə bilər. Lakin layihənin əsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlı olmayan, tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.

“Starlink Mobile” markası SpaceX-in telekommunikasiya xidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərə videoməlumatların və digər məlumatların adi mobil cihazlara kosmik peyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.

Bundan əlavə, SpaceX “Powered by Starlink” adlı daha bir ticarət markasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitə operatorlarına öz peyk qruplaşmalarını yaratmadan Starlink imkanlarını şəbəkələrinə inteqrasiya etməyə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti