Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna mövzusunda açıq iclas təşkil edəcək.
Trend xəbər verir ki, bu barədə məlumat dekabr ayında şuraya sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayımlanıb.
İclas yerli vaxtla saat 10:00-da, Bakı vaxtı ilə 19:00-da başlayacaq.
İclasın təşəbbüsü Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası tərəfindən irəli sürülüb.
