...

Bakıda marketlərdən ödəmə terminalı və lotereya biletləri oğurlandı

Hadisə Materials 4 Sentyabr 2025 12:28 (UTC +04:00)
Bakıda marketlərdən ödəmə terminalı və lotereya biletləri oğurlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti