...

Norveç Rusiyanın sualtı qayıqlarını izləmək üçün Britaniyadan hərbi gəmilər alacaq

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 17:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Rusiyaya məxsus sualtı qayıqların izlənilməsi üçün Britaniyanın 26 tipli (Type 26) freqatlarından istifadə etməyə hazırlaşır.

Trend xəbər verir ki, bunu “Bloomberg TV”yə verdiyi müsahibədə Norveçin müdafiə naziri Ture Sannvik bildirib.

“Freqatlar sualtı qayıqların axtarışı üçün lazımdır”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, “Rusiyanın öz sualtı qayıqlarını və Şimal donanmasını Şimal dənizinə və Atlantik okeanına göndərməsinin qarşısını almaq” bu gəmilərin “əsas vəzifəsi”dir.

O bildirib ki, Norveç və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin eyni tipli gəmilərdən və silahlardan istifadə üzrə sıx əməkdaşlıq perspektivlərinin olması, Britaniyanın tədarükçü olaraq seçilməsində əsas amillərdən biri olub. Sannvik qeyd edib ki, 26 tipli freqatlar 20–30 il ərzində Norveçin arsenalında qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti