Bakı. Trend:
WLFI tokeninin buraxılmasından cəmi bir gün sonra ABŞ Prezidenti Donald Trampın sərvəti 5 milyard dollardan artıq yüksəlib.
Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata əsasən, Tramp ailəsinin yeni kriptovalyutası ilə birjada alqı-satqı əməliyyatlarına start verildikdən sonra Ağ Ev rəhbərinin sərvəti ona məxsus bütün daşınmaz əmlakın dəyərini ötüb.
Beləliklə, Trampın birgünlük gəliri onun indiyədək bütün həyatı boyu əldə etdiyi qazancı geridə qoyub.