...

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 13:41 (UTC +04:00)
Gürcüstan DTX-yə yeni sədr təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

Trend xəbər verir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze DTX-nın sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.

M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatı olub. Xatırladaq ki, DTX-nın keçmiş rəisi Anri Oxanaşvili bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.

Xəbər lenti

Xəbər lenti