Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb
küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +28
dərəcədən +31 dərəcəyədə olacaq. Atmosfer təzyiqi 755 mm civə
sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə
70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və
səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +32
dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18
dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.