...

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs tutulub (VİDEO)

Hadisə Materials 3 Sentyabr 2025 14:20 (UTC +04:00)
Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs tutulub (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti