...

Aİ Əfqanıstana zəlzələ nəticəsində zərərçəkənlər üçün 1 milyon avro humanitar yardım ayırıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 01:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Əfqanıstanda baş verən zəlzələ ilə əlaqədar zərərçəkmiş əhalinin təxirəsalınmaz ehtiyaclarının ödənilməsi üçün bir milyon avro məbləğində humanitar yardım ayırıb.

Trend-in məlumatına görə, Aİ bundan əlavə humanitar ehtiyatlarından təxminən 130 ton yardım ləvazimatı göndərəcək.

Buraya çadırlar və digər sığınacaq vasitələri, geyim, tibbi ləvazimatlar və sutəmizləmə materialları daxildir. Yardım ləvazimatları bu həftənin sonunadək iki aviareyslə Kabula çatdırılacaq.

Aİ həmçinin Əfqanıstana yardımların çatdırılmasına kömək etmək üçün fövqəladə xəritələrin hazırlanması məqsədilə “Copernicus” peyk xidmətini aktivləşdirib. Bu yardım, 2025-ci ildə ölkədə fəaliyyət göstərən humanitar təşkilatlar üçün ayrılmış 161 milyon avro humanitar yardıma əlavə olaraq həyata keçirilir.

Qeyd edək ki, Aİ 2021-ci ildən Əfqanıstana humanitar uçuşlar təşkil edir. 2023-cü ildə Heratda baş vermiş dəhşətli zəlzələ də daxil olmaqla bir neçə dəfə həyata keçirilmiş bu uçuşlarla 2000 ton zəruri yardım materialları çatdırılıb.

Xəbər lenti

Xəbər lenti