...

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb

Hadisə Materials 2 Sentyabr 2025 17:33 (UTC +04:00)
Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb.

Trend xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40000 manat dəyərində 25000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti