...

Qafqazdan Mərkəzi Asiyaya "yaşıl" dəhlizlərin yaradılması üzrə təşəbbüslər əhəmiyyətli həcmdə investisiyalar tələb edəcək - "Moody's"

Yaşıl iqtisadiyyat Materials 2 Sentyabr 2025 15:21 (UTC +04:00)
Qafqazdan Mərkəzi Asiyaya "yaşıl" dəhlizlərin yaradılması üzrə təşəbbüslər əhəmiyyətli həcmdə investisiyalar tələb edəcək - "Moody's"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz və Mərkəzi Asiyadan Avropaya “yaşıl” enerji dəhlizlərinin yaradılması təşəbbüsləri əhəmiyyətli həcmdə investisiyalar tələb edəcək

Bu barədə Trend “Moody’s”ə istinadən xəbər verir.

Reytinq agentliyi 2024-cü ilin noyabrında keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycan, Qazaxıstan və Özbəkistanın Xəzər “yaşıl” enerji dəhlizinin inkişafı üzrə strateji tərəfdaşlıq imzaladığını xatırladır.

Layihə Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə (Ba3, sabit) və Avropa İttifaqını (Aaa, sabit) külək və günəş enerjisi əsasında istehsal olunan elektrik vasitəsilə Xəzər dənizi üzərindən planlaşdırılan, uzunluğu 400 km olacaq sualtı kabel ilə birləşdirməyi nəzərdə tutur. Bu kabel Qazaxıstanı Azərbaycanla əlaqələndirəcək.

“Hazırda layihə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (Aaa, sabit) dəstəyi ilə texniki-iqtisadi əsaslandırma mərhələsindədir. Layihənin mühüm tərkib hissəsini isə planlaşdırılan Qara dəniz sualtı kabeli ilə bağlantı təşkil edir. Bu, uzunluğu 1200 km olacaq yüksək gərginlikli beynəlxalq interkonnektor vasitəsilə həyata keçiriləcək və Azərbaycanla Gürcüstana bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisini Avropaya ixrac etmək imkanı verəcək. Layihə 2022-ci ilin dekabrında Macarıstan (Baa2, mənfi), Rumıniya (Baa3, mənfi), Gürcüstan və Azərbaycan arasında imzalanmış strateji saziş çərçivəsində icra olunur. Sonradan bu dörd ölkə onun həyata keçirilməsi üçün “Green Energy Corridor Power Company” adlı şirkət təsis edib”, – deyə “Moody’s”in son hesabatında qeyd olunur.

Avropa Komissiyası dəyəri 3,8 milyard avro həcmində qiymətləndirilən Qara dəniz sualtı kabeli layihəsinin nəzərdə tutulan xərclərinin maliyyələşdirilməsi üçün 2,3 milyard avro ayırıb. Obyektin istismara verilməsi 2029-cu ilə planlaşdırılıb.

“ Günəş və külək enerjisinin Avropaya ixracı üzrə bu təşəbbüslərin mühüm potensialının olmasına baxmayaraq, onlar genişmiqyaslı investisiyalar tələb edəcək”, - deyə hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti