Bakı. Trend:
"ATV" telekanalı Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.
Reportajda qeyd edilib ki, 1995-ci ildə Azərbaycan yaradılan Trend İnformasiya Agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə Mərkəzi Asiyada aparıcı xəbər tədarükçülərindəndir.
"Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malikdir. İnformasiya müharibəsinin geniş aldığın bir dövrdə daim oxucularına operativ, obyektiv və qərəzsiz çatdıran agentliyə bol oxucu kütləsi və yorulmaz fəaliyyətində uğurlar arzu edirik", - deyə bildirilib.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
Daha ətraflı videomaterialda: