Bakı. Trend:
İranda yol qəzalarında ildə 20 min nəfərin ölüm faktı qeydə alınır.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yol qəzalarında ölənlərin əksəriyyətini gənclər təşkil edir. Cəmiyyətin gəncləşdirilməsinin əsas prirotetlərindən biri yol qəzalarının azaldılmasıdır.
Zəfərqəndi bildirib ki, təbii ki, yol qəzalarının azaldılması məsələsində İranın Yol və Şəhərsalma Nazirliyi, Plan və Büdcə Təşkilatı və Daxili İşlər Nazirliyi köməklik göstərməlidir.