Bakı. Trend:
İngiltərənin "Liverpul" komandası "Nyukasl"ın futbolçusu Aleksander İsakın transferini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsveç millisinin 25 yaşlı hücumçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
"Nyukasl" bu keçiddən 144 milyon avro qazanıb.