...

Azərbaycanda dörd il ərzində yanğın riski üzrə ödənilən aqrar sığorta ödənişinin məbləği açıqlanıb

İqtisadiyyat Materials 2 Sentyabr 2025 14:25 (UTC +04:00)
Azərbaycanda dörd il ərzində yanğın riski üzrə ödənilən aqrar sığorta ödənişinin məbləği açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə təqribən 30 min manatlıq sığorta ödənişi həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fond-dan məlumat verilib.

Bildirilib ki, 2020-2024-cü illər ərzində 16 rayondan olan sığortalı fermerlər tərəfindən əkin sahələrində yanğın və bu səbəbdən əkin sahələrinə dəyən zərərlər üzrə 21 müraciət daxil olub.

Bu müraciətlərin araşdırılması zamanı 16 hadisə zamanı əkin sahəsinə zərər dəydiyi müayyən edilib.

Nəticədə fermerlərə 122 hektar əkin sahələri üzrə ümumilikdə 28 762 manat sığorta ödənişi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti