...

Avstriya bitərəf qalacaq və NATO-ya daxil olmayacaq - Avstriya kansleri

Dünya xəbərləri Materials 2 Sentyabr 2025 00:54 (UTC +04:00)

Bakı. Trend:

Avstriya neytrallıq siyasətinə yenidən baxmayacaq, NATO-ya üzvlük məsələsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bu barədə Avstriya kansleri Kristian Stoker ORF televiziyasına müsahibəsində deyib.

"Biz neytral ölkəyik, neytrallıqdan söhbət gedə bilməz, NATO-ya üzv olmaq müzakirə mövzusu deyil", - deyə o, jurnalistin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı hərbi təhdidlərə cavab tədbirləri görüb və Avstriyanın alyansa qoşulacağı təqdirdə istisna təşkil etməyəcək sözlərini şərh etmək xahişinə cavabında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti